Azərbaycan mətbuatının 139-cu ildönümü münasibətilə bütün mətbuat orqanlarının əməkdaşlarını ürəkdən təbrik edir, hər birinizə böyük uğurlar və xoşbəxtlik arzulayıram. Azərbaycanda milli mətbuatın yaranması tarixinin təntənə ilə qeyd edilməsi artıq bir ənənə halını almışdır. Bu ənənə ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ildə verdiyi fərmanla başlamış və bu günə qədər də uğurla davam etdirilir. Həsən bəy Zərdabi irsi, vicdanlı jurnalistika ənənələri 22 iyul tarixini əsl jurnalistika bayramına çevirmişdir.
Ötən müddət ərzində Azərbaycan mətbuatı çətin və mürəkkəb mərhələlərdən keçmişdir. Zamanın müxtəlif dönəmlərində ağır sınaqlarla üzləşən milli mətbuatımız bu gün də sürəkli inkişaf yolundadır. Respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet saytları, xəbər portalları günümüzün informasiya təminatında həlledici rol oynayır. Mədəniyyət və turizm mövzularının daim gündəmdə olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, medianın bu mövzulara bəzi hallarda subyektiv yanaşmasını müşahidə etsək də, ümumən, bu sahənin mətbuatın və cəmiyyətin diqqətində olması bizi sevindirməyə bilməz.
Bu bayram günündə bütün mətbuat işçilərini bir daha Mədəniyyət və Turizm Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və bu sahədə çalışan bütün əməkdaşlar adından bir daha təbrik edir, sizlərə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın firavan sabahları naminə məsul işinizdə yeni-yeni uğurlar arzulayıram.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar