İyulun 25-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikasının Milli Bədii Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq. Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçiriləcək mərasimdə sənədi muzeyin direktoru Çingiz Fərzəliyev və Belarus Milli Bədii Muzeyinin direktoru Vladimir Prokoptsov imzalayacaqlar.
İki muzeyin əlaqələrinin daha da genişləndirilməsi məqsədi daşıyan müqavilədə əməkdaşlığın müxtəlif istiqamətləri - muzey işi ilə bağlı konfransların, seminarların, simpoziumların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, muzey işi sahəsində kadrların ixtisaslarının artırılması, muzey işi sahəsində müasir texnologiyaların tətbiqi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. məsələlər əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar