Şamaxıda Mirzə Ələkbər Sabirin ev-muzeyində “Vətən şəhidlərini unutmur” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri muzeyin direktoru Rəqsanə Xəlilzadə Vətənin azadlığı uğrunda aparılan mübarizədən, Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmasından söz açıb.
Elşən Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi G.Mustafayeva, ev-muzeyin elmi işçisi N.Cabbarova sovet hərb maşınının Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törətdiyi terror aktı barəsində məruzələrlə çıxış ediblər. Sonda şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanasında da “Qanlı tariximiz, şanlı tariximiz” mövzusunda anım mərasimi keçirilib. MKS-nin direktoru Ərəsdun Xələfov, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Məhəmməd Əliyev və başqaları 20 Yanvar hadisələrindən danışıblar. Məktəblilər faciəyə həsr olunmuş şeirlər səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar