Yanvarın 18-də Qusar Dövlət Rəsm Qalereyasında Qara Yanvarın 26-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə orta məktəb şagirdlərinin 1990-cı il 20 yanvarında Sovet Ordusu hissələrinin Azərbaycanın paytaxtında dinc insanlara qarşı həyata keçirdiyi qətliamdan, bu faciənin ağrı-acısından, xalqımızın qəhrəmanlıq mübarizəsindən bəhs edən rəsmləri nümayiş olunur. 36 rəsmin yer aldığı sərgi yanvarın 25-dək davam edəcək.
* * *
Bakının Nərimanov rayonunda yerləşən Laçın Dövlət Rəsm Qalereyasında da 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunan tədbirdə 20 Yanvar faciəsindən, bu hadisənin Azərbaycan tarixində yerindən söhbət açılıb. Sonra iştirakçılar Qanlı Yanvardan bəhs edən film izləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar