Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Moskva şəhərinin Mədəniyyət departamenti “Aze Project”in informasiya dəstəyi ilə həvəskar fotoqraflar üçün “Best summer photo of 2014. Azerbaijan” müsabiqəsini elan edib. Müsabiqəyə 16 yaşından 35 yaşınadək gənclər dəvət olunur.
Öz foto bacarığını nümayiş etdirmək istəyənlər 4 meqabaytdan az olmamaq şərti ilə 300 dpi göstəricisi ilə çəkdikləri fotoşəkilləri, habelə özləri barədə qısa informasiyanı (müəllifin soyadı, adı, atasının adı, əlaqə telefonu, fotoşəklin adı, çəkiliş yeri) 2014-cü il avqustun 31-dən gec olmayaraq aşağıdakı elektron ünvana göndərə bilərlər: amorphoto2014@gmail.com.
“Best summer photo of 2014. Azerbaijan” fotomüsabiqəsi aşağıdakı tematik blokları əhatə edir: Bakı. Arxitektura (memarlıq abidələri, gəzməli yerlər, şəhər mənzərələri); Peyzajlar (Azərbaycan mənzərələri); Turizm və idman (dəniz, dağlar, idman tikililəri, ilk Avropa Oyunlarına hazırlıq); Ekologiya (göl və çay mənzərələri, insan ilə ekologiya arasında qarşılıqlı münasibət, təbiət və onun sərvətləri); Azərbaycanlılar (tanınmış insanların fotoşəkilləri); Moskva azərbaycanlıların gözü ilə.
Hər bir iştirakçı hər kateqoriya üzrə yalnız 4 fotoşəkil təqdim edə bilər.
Ən yaxşı işlər sentyabrda Moskvada keçiriləcək “Total Art” sərgisində nümayiş etdiriləcək. Müəlliflər diplom və qiymətli mükafatlarla təltif ediləcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar