Şamaxı Heydər Əliyev Mərkəzində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Mərkəzdə “Şəhidlər ölmür” adlı fotosərgi, “Qanlı misralar” və “Qanlı qərənfillər” adlı filmlər nümayiş etdirilib. “Xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa, “Şəhidlər ölməzdir” devizi altında şeir müsabiqəsi keçirilib. Tədbirlərdə rayonun 8 ümumtəhsil tam orta məktəbinin şagirdləri iştirak ediblər.
* * *
Astara rayon Mərkəzi kitabxanasında da 20 Yanvarın ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Vüsal Babayev, MKS-nin direktoru Tural Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və digər çıxış edənlər bildiriblər ki, 20 Yanvar xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.
Sonda tədbir iştirakçıları 1990-cı ilin 20 yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar