“Nigaran ruhlar” sənədli filminin təqdimatı keçirilib

Yanvarın 20-də Saatlı rayonunun Gənclər Mərkəzində şəhid Fariz Novruzovun xatirəsinə həsr olunmuş “Nigaran ruhlar” sənədli filminin təqdimatı keçirilib.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Bitməyən müharibənin qəhrəmanları» silsiləsindən hazırlanmış film cəbhə xəttindəki döyüşlərdə həyatını itirmiş Milli Ordumuzun gizirinin keçdiyi ömür yolundan bəhs edir.
Mərasimdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 20 Yanvarın Azərbaycan xalqının taleyində tarixi rol oynadığını deyib, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayıb.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdimatı keçirilən sənədli film barədə məlumat verib. Bildirib ki, Mətbuat Şurasının layihəsi əsasında indiyədək şəhid Fərid Əhmədov və Əhməd Abdullayev haqqında sənədli filmlər hazırlanıb. Saatlı torpağının yetirməsi olan Fariz Novruzov haqqında çəkilən “Nigaran ruhlar” filminin rejissoru tanınmış jurnalist Bəxtiyar Qaracadır. Ə.Amaşov çıxışında həmçinin 20 Yanvarın qan yaddaşımızdakı yerindən söz açıb.
Bildirilib ki, 26 il öncəki faciənin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasında mətbuat orqanlarının müstəsna əməyi olub.
Təqdimat mərasimində çıxış edənlərdən İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları 20 Yanvarın təkcə faciə deyil, eyni zamanda qəhrəmanlıq, dirəniş tarixi kimi yad edilməsinin zəruriliyini vurğulayıblar.
Sənədli filmin nümayişindən sonra söz alan şəhid F.Novruzovun atası Əlabbas Novruzov övladının xatirəsini uca tutan hər kəsə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar