Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hesabat konserti və əl işlərindən ibarət sərgisi keçirilib.
Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə tanış olub, tikmə ustaları və gənc rəssamlarla görüşərək yaradıcılıqları ilə maraqlanıb. Qeyd edib ki, belə kollektivlərin sayı artırılmalı və istedadlı insanlar üzə çıxarılmalı, onların respublika və beynəlxalq əhəmiyyətli müsabiqə, festival və konsertlərdə iştirakı əsas hədəf olmalıdır.
Sonra özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib. “Pöhrə” aşıqlar ansamblının, aşıq Elməddin Məmmədlinin, “Segah” muğam üçlüyünün, “Dəcəllər” rəqs qrupunun çıxışı və illüziyaçı Fərhad Dadaşovun nümayiş etdirdiyi nömrələr tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar