Yanvarın 30-da Sumqayıtdakı “28 May” Mədəniyyət evində gənc yazarların iştirakı ilə görüş keçirilib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Ə.Kərim adına “Poeziya klubu”nun təşkilatçılığı ilə düzənlənən tədbir 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunub.
“Poeziya klubu”nun direktoru, şair İbrahim İlyaslı, Yazıçılar Birliyi Sumqayıt bölməsinin rəhbəri, şair Sabir Sarvan çıxış ediblər. Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı qurumun ötən il həyata keçirdiyi tədbirlərdən söz açıb. Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Arif Vəliyev gənclərə yaradıcılıq uğurları arzulayıb.
Sonra gənc şairlər öz şeirlərini oxuyublar. Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin skripkaçılar qrupunun musiqi nömrələri, gənc aşıq Anar Laçınlının ifa etdiyi havalar tədbirə əlavə ovqat gətirib. Gənc yazarlar və ifaçılar “Poeziya klubu” və DGTYB-nin fəxri fərmanları ilə təltif ediliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar