Fevralın 9-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilatçılığı ilə rayondakı Tarix-Diyarşünaslıq Muzeyində "XXI əsrin qadınları və cəmiyyətimiz” mövzusunda dəyirmi masa keçirilib.
Komitənin sədri Nəriman Məlikov tədbirdə çıxış edərək BMT tərəfindən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq konvensiyanın qəbul edildiyini, Azərbaycanın 1995-ci ildə bu konvensiyaya qoşulduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün ölkəmizdə müvafiq tədbirlər həyata keçirilir.
Rayon Qadınlar Şurasının sədri Tahirə Qurbanova, rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, muzeyin direktoru Bəsti Sultanova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Samirə Vəliyeva və digər çıxış edənlər adət-ənənələrin gender bərabərliyinə təsiri, Azərbaycan xalqının milli mentaliteti və qədim irsində qadının rolu, dastanlarımız və digər mənbələrdə Azərbaycanda qadınlara yüksək münasibətdən bəhs ediblər. Müzakirələrdə iştirak edən mədəni-maarif işçiləri Azərbaycan cəmiyyətində qadınların rolu, problemləri, həmçinin onlara qarşı dövlət qayğısından danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar