Naxçıvan Dövlət Filarmoniyasında “Rast dəstgahı” muğam məclisi təşkil olunub.
Muğam məclisində Azərbaycanın əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseynova “Rast”ın şöbə və guşələrindən ibarət dəstgah ifa ediblər.
Muğam ifaçılarını Azərbaycanın Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda) və Sərxan Abdullayev (udda) müşayiət ediblər.
Tədbirdə muğam sənətinin musiqi mədəniyyətimizin zəngin xəzinəsi olduğu vurğulanıb. Qeyd olunub ki, muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin əbədiyaşar sənətidir. Bu sənətin qorunub saxlanılmasına və təbliğinə, onu yaşadanlara dövlət tərəfindən diqqət və qayğı göstərilir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar