Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri təltif olunub

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə rayondakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Ordu gəncləri böyük qüvvədir” devizi altında tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Ağdam, Bərdə, Goranboy və Naftalandan mədəniyyət işçiləri iştirak ediblər. Qonaqlar sırasında paraolimpiyaçı, beşqat Avropa və dünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev də olub.
Mədəniyyət və istirahət parkında ordumuzun istifadəsində olan müxtəlif çaplı artilleriya və atıcı silahların nümayişinin təşkil olunması xüsusilə gənclər tərəfindən maraqla qarşılanıb.
Tədbiri Müdafiə Nazirliyinin nümayəndəsi açaraq Azərbaycan gənclərinin ölkə həyatının digər sahəsində olduğu kimi, ordu quruculuğunda da mühüm rolundan söz açıb.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin xalq kollektivinin və Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin - Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında təltif olunma mərasimi keçirilib. Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi tədbirin hazırlanmasında köməyinə, vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə müdafiə nazirinin əmrinə əsasən Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlovun Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Fədai” medalı ilə təltif edildiyini diqqətə çatdırıb və medalı ona təqdim edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar