Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 8-də Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçiriləcək.
Müstəqil Azərbaycanın tarixində ilk dəfə keçiriləcək bu festival respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, Lerik rayonu təkcə ölkəmizdə deyil, dünyada da uzunömürlü insanların yaşadığı bölgələrdən biri kimi məşhurdur. Burada respublikamızda yeganə olan "Uzunömürlülər" muzeyi fəaliyyət göstərir. Festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyəti də nəzərə alınaraq Lerikdə keçirilməsi qərara alınıb.
Festival mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçiriləcək. Tədbirdə həmçinin kitab, foto və rəsm sərgilərinin təşkili, Azərbaycanın müxtəlif bölgələrindən - Lənkəran, Balakən, İsmayıllı, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların, uzunömürlülərdən ibarət "Rəfti", "Nənələr" folklor kollektivlərinin çıxışı nəzərdə tutulub. Festivalda respublikanın xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqaları iştirak edəcək.
Tədbirdə "Salnamə" kinostudiyasının istehsalı olan "Əsrə sığmayan həyat" filmi nümayiş etdiriləcək, Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə plov festivalı təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar