Ölkəmizin tarixi və mədəniyyəti, turizm imkanları ilə bağlı sərgilər keçiriləcək

Heydər Əliyev Fondu tərəfindən Parisin San Sülpis meydanında “Azərbaycan şəhərciyi” təşkil olunacaq.
Sentyabrın 19-dan 28-dək davam edəcək “Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarixi və mədəniyyətinin, turizm imkanlarının tanıtımına həsr olunan müxtəlif sərgilər keçiriləcək.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Nizami Gəncəvi” və “Fransa Azərbaycan rəssamlarının gözü ilə” sərgilərində Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları təqdim olunacaq.
Eyni zamanda, milli mətbəximizi təqdim edən köşklər qurulacaq. Müxtəlif şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək. Həmçinin “Bakı-2015” I Avropa Oyunlarına hazırlığın təqdimatı keçiriləcək, “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha da yaxından tanışlıq imkanı yaradılacaq. Sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar