Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Aytən İbrahimova və Leyla Zeynalovanın adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.