Prezident İlham Əliyev oktyabrın 20-də “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sənəddə qeyd olunur ki, ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılır.
Nazirlər Kabinetinə üç ay müddətində muzeyin nizamnamə və strukturunu təsdiq etmək, Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə dörd ay müddətində muzey üçün zəruri yer ayrılmasını, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə isə muzeyin zəruri eksponatlarla təchiz edilməsini təmin etmək tapşırılıb.