Oktyabrın 24-də Salyan rayonunda qədim yaşayış məskəni olan Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə bağlı tədbir keçiriləcək. Tədbir Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2013-cü il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.
"Şəhər günü" formatında təşkil olunan bayram hökumət rəsmilərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində aparılan qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması Azərbaycanın zəngin tarixi keçmişini, ulu əcdadlarımızın ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını bir daha təsdiq edir. Yubiley mərasimi Salyan şəhərinin qədim tarixinin təbliği, burada aparılan arxeoloji tədqiqatların nəticələrinin təşviqinə imkan yaradacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar