Oktyabrın 29-da paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi keçiriləcək. Musiqi məktəbi 1959-cu ildən fəaliyyət göstərir. 1989-cu ildə məktəbə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlunun adı verilib.
Hazırda məktəbdə fortepiano, violin, fleyta, klarnet, tar, kamança, saz, balaban, qarmon, nağara, xanəndə, vokal ixtisasları üzrə 400 şagird təhsil alır, 75 müəllim çalışır. Tədris ocağının müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.