Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib. 29 oktyabr 2014-cü il 358 nömrəli qərara əsasən, nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib: kollegiyanın sədri - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kollegiyanın üzvləri - mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar