8-11 noyabr tarixində Türkiyənin İstanbul şəhərində XXXIII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, "Hədəf Nəşrlər Evi", "Qələm" və "Altun kitab" nəşriyyatlarının əməkdaşlarından ibarət heyət təmsil edəcək.
Ölkəmizin stendində dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, zəngin mədəniyyət və incəsənətimizə dair təxminən 400 adda, 800 nüsxəyə yaxın Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm haqqında müxtəlif bukletlər, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı nəşrlər yer alacaq, ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında informasiyaların əks olunduğu broşür və bukletlər təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar