“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın paytaxtı Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalına start verilib. Noyabrın 4-də məşhur “Royal Albert Hall” konsert salonunda festivalın ilk konserti keçirilib.
Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Soltan Hacıbəyov, Azər Rzayev və Fərhad Bədəlbəylinin repertuarlarından əsərlər səsləndirilib. Cazmen Şahin Növrəslinin çıxışı maraqla qarşılanıb. Dünya şöhrətli tenor Andrea Bocelli də konsertdə çıxış edib.
Əsərləri Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov və əcnəbi sənətçilər müşayiət ediblər. Açılış konserti geniş tamaşaçı auditoriyasını özünə cəlb edib.
Növbəti konsert noyabrın 18-də “South Cathedral”da təqdim olunacaq. Proqramda Azərbaycan muğamları yer alacaq. Noyabrın 27-də tarzən Arslan Növrəslinin “Central Hall Westminster”də çıxışı olacaq. Dekabrın 9-da “Barbican”da maestro Niyazinin xatirəsinə həsr olunmuş konsert təşkil ediləcək.
“Buta” Azərbaycan İncəsənəti Festivalı bu il “Azerbai-WOW” devizi altında keçirilir. Beş ay davam edəcək festival Azərbaycan mədəniyyətini, incəsənətini və mətbəxini təbliğ edəcək. “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev deyib ki, festivalın təşkilində məqsəd beynəlxalq ictimaiyyəti Azərbaycan incəsənəti və mədəniyyəti ilə yaxından tanış etməkdir. Festival çərçivəsində həmçinin Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət ictimai incəsənət seriyasının da nümayişi planlaşdırılır.
Londonda Azərbaycan incəsənəti festivalı 2015-ci ilin martında yekunlaşacaq. “Buta” İncəsənət Mərkəzi Londonda ilk dəfə olaraq Novruz bayramı ilə bağlı kütləvi mərasim keçirəcək.