Abdulla Şaiq adına Kukla Teatrının yaradıcı kollektivi sentyabrın 1-dən etibarən iş başındadır. Bu barədə sözügedən teatrın direktoru Rəhman Rəhmanov məlumat verib.
   Teatrın yeni mövsümü ənənəvi olaraq, sentyabrın 15-dən başlayacaq.
   R.Rəhmanov onu da bildirib ki, bu mövsümdə balaca tamaşaçıları yeni sürprizlər gözləyir.