S.Vurğun adına Azərbaycan Rus Dram Teatrı F.Dostoyevskinin "Karamazov qardaşları" tamaşasının məşqlərinə başlayıb.
   Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir. Onun sözlərinə görə, axırıncı dəfə F.Dostoyevskinin əsərinə iyirmi səkkiz il əvvəl müraciət olunub.
   Əsər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnəyə qoyulur.
   "Karamazov qardaşları" tamaşasında xalq artistləri M.Məhərrəmov, S.Mirzəhəsənov, əməkdar artistlər A.Mirqasımova, M.Abbaszadə, F.Atakişiyev, Z. Sidiyeva, aktyor İ.Həsənov, O.Əmirbəyov, T.Rəhimov və başqaları rol alıblar.
   Tamaşanın baletmeysteri - Azərbaycanın əməkdar aktrisası Aleksandra Nikuşin, musiqi tərtibatçısı Vladimir Neverovdur.