![](/img/news/700x420/297.jpg)
Tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatları laureatı, əsərin quruluşçu rejissoru Amalya Pənahova, müəllif Abdulla Qurbani, “Turan Cavid - Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova, Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov tamaşanın yüksək vətənpərvərlik ruhu təlqin etdiyini diqqətə çatdırıblar.
Tamaşada əsas rolları xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Rafiq İbrahimov, Əfqan Soltanov, Tofiq Bayramov, Hüsniyyə Mürvətova, Əhməd Salahov və başqaları oynayıblar.
“Türk sancağı” əsəri artıq bir neçə dəfə Bakıda və Naxçıvanda, həmçinin Türkiyənin İğdır, Qars, Ankara, Ərzurum və başqa şəhərlərində nümayiş etdirilib.