Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti, şöhrətli gülüş ustası Yaşar Nuri Dövlət Musiqili Komediya Teatrının dəvətini cavabsız qoymayıb. Yenicə məşqlərinə başlanan Üzeyir Hacıbəylinin «Ər və arvad» komediyasında ona Kərbəlayi Qubad rolu həvalə olunub. Teatrın baş rejissoru Yusif Əkbərovun quruluşunda hazırlanan bu operettada xalq artistləri Afaq Bəşirqızı, İlham Əhmədov, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Ülviyyə Əliyeva, Ema Məlikova da çıxış edəcəklər.
Əsərin musiqi redaktoru, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovdur. Sərdar Fərəcovun fikrincə, uzun fasilədən sonra, bir əsrlik yubileyində yenidən tamaşaçılarla görüşə gələn «Ər və arvad» teatrın yubileyinə əsl bayram hədiyyəsi olacaq.
Onu da qeyd edək ki, tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, bədii tərtibatçısı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu xormeyster Vaqif Məstanov, quruluşçu baletmeysterlər isə Zakir Ağayev və Yelena Ağayevadır.
«Mədəniyyət»