Dərbənd Dövlət Azərbaycan Dram Teatrı aprelin 11-dən 18-dək Azərbaycanda qastrol səfərində olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, teatrın kollektivi respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakıda, Sumqayıtda, Xırdalanda, Şamaxıda, Ağsuda, Xaçmazda və Qubada rəngarəng proqramlarla çıxış edəcək. Teatr aprelin 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, aprelin 13-də isə Abşeron Rayon Mədəniyyət Evində tamaşalar göstərəcək.
Qeyd edək ki, Dərbənd Dövlət Azərbaycan Dram Teatrı Rusiya Federasiyasında fəaliyyət göstərən yeganə Azərbaycan teatrıdır.
Qeyd edək ki, Dərbənd Dövlət Azərbaycan Dram Teatrı Rusiya Federasiyasında fəaliyyət göstərən yeganə Azərbaycan teatrıdır.