Məqalə üçün başqa bir ad axtarmağa ehtiyac görmədim. Viktoriya - dünyada ən məşhur şəlalədir, Viktoriya - heyran olduğumuz Braziliya seriallarının məşhur qadınlarıdır, sonucda Viktoriya - Knut Hamsunun məşhur qəhrəmanıdır.
Bu məqalədə isə “Viktoriya” Milli Teatr Festivalı çərçivəsində Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən tamaşalarından biridir. Hazırda festivalın II mərhələsi davam etməkdədir. Ad yabançı səslənsə də, tamaşa öz tamaşamızdır.
Tamaşada təsvir edilən kənddə Yuhannes adlı bir dəyirmançı oğlu yaşayır. Yuhannesi səhnədə təxminən 30 yaşlarında olan Elnur Kərimov ifa edirdi.
Nə üçün birbaşa bu məsələyə toxundum? Çünki bu, rejissor Bəhram Osmanovun mənim üçün qaranlıq qalan mizanı olmuşdu. Reallıqda Yuhannes səhnəyə çıxarkən 14 yaşlı yeniyetmə olmalı idi. Viktoriya isə 10 yaşlı uşaq. Səhnədə isə Viktoriya - Günel Məmmədova 28 - 30 yaşındadır. Məhz bu səbəbdəndir ki, biz qəhrəmanların həyatının öncəki yaşamını, əslində uşaq vaxtından olan münasibətlərini görmürük. Əslində, dərya qədər dərin olan bu məhəbbət əfsanəsi “yalançı” seriala bənzəyir. Oğlan qızı görür, ilk baxışdan vurulur, sonra da bir yerdə qalırlar.
Əsərin əsas mövzusu dəyirmançı oğlu Yuhanneslə ağa qızı Viktoriyanın uğursuz məhəbbətidir. Burada hər bir dövr üçün aktual olan sosial bərabərsizlik var, kənddə böyüyən Yuhannesin böyük arzuları, məqsədləri - Viktoriyanın isə qapalı mühiti acı gerçəklikdir.
Gənc aktyor Elnurun çıxışı - başlanğıcdan sona qədər emosianal aktyor ifası, ön səhnədə monoloqu, Günelin real - həyatda olduğu kimi çıxışı, bunlar hamısı birlikdə yüksək göstərici idi. Rejissor, demək olar ki, bu iki gənci yenidən kəşf etmişdi. Məsuliyyətlə deyə bilərəm ki, bu, neçə illərdir gördüyüm ən yaxşı qəhrəman cütlükdür. Artıq ikinci görüşdə Yuhannes 20 yaşlı oxumuş gənc, Viktoriya isə 18 yaşlı yeniyetmə qız olur. Lakin onların sevgisi kədərli sonluqla bitir. Viktoriya sonda ölür.
Tamaşada yüksək qiymətləndirdiyim bir-iki məqamı diqqətinizə çatdırmaq istəyirəm. Rejissorun quruluşuna əsasən sonda Viktoriyanın atası özünü asır. Əməkdar artist Ayşad Məmmədov bunu o dərəcədə yüksək texnika və peşəkarlıqla edir ki, düşünəcəksiz ki, o, doğrudan da özünü asdığını düşünərsiniz. Günelin ehtiraslı rəqsi, tipajına uyğun fakturası tamaşanın uğurları sırasındadır.
Tamaşa yüksək rejissor yozumu və peşəkar aktyor ifası ilə təqdirəlayiqdir.
Fikirlərimi əsərdəki sözlərlə məqaləni bitirmək istərdim: “ Siz məhəbbətin nə olduğunu bilirsiniz? O, sadəcə qızılgül kollarını xışıldadan, sonra isə sakitləşdirən küləkdir. Amma elə sevgidə var ki, silinməz ləkə kimidir, bütün ömrü boyu səni tərk etmir, ta qəbir evinə kimi. Bunu da, o birini də Tanrı yaradıb, onun nəzərində sevgi əbədi yaşayıb, məhəbbət ölüb”.
Aygün Süleymanova