Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanıb. Böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasına böyük önəm verən teatrın rəhbərliyi ilk dəfə olaraq Çarlz Dikkensin yaradıcılığına müraciət edib. Dikkensin «Oliver Tvistin macəraları» teatrın rejissoru Vaqif Əsədovun quruluşunda tamaşaçılara təqdim ediləcək. Rejissorun bildirdiyinə görə, bir həftəyə məşqlər başlanacaq. Tamaşada teatrın 33 aktyoru iştirak edəcək.
   1838-ci ildə qələmə alınmış «Oliver Tvistin macəraları» Londonun kasıb məhəllələrinə gəlib düşmüş bir yeniyetmə oğlanın əhvalatıdır. Roman macəraçılıq ənənələrinə sadiqdir. Qeyd edək ki, Çarlz Dikkens bədii yaradıcılıqla yanaşı, aktyorluq fəaliyyəti ilə də məşğul olub. Onun səhnə fəaliyyətinin vida akkordu isə məhz «Oliver Tvistin macəraları» romanının səhnə versiyasında mister Sayks obrazı idi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar