Aprelin 22-də Azərbaycanın teatr məkanında özünəməxsus yeri olan «Üns» Yaradıcılıq Səhnəsinin 4 yaşı tamam oldu. 2006-cı ildə professor Nərgiz Paşayeva bu mədəniyyət ocağının əsasını qoymaqla, ona məhz bu cür ad seçməklə Azərbaycanda 137 ildən bəri mövcud olan teatr yaradıcılığı ənənələri ilə dünya teatr estetikasının vəhdətinə nail olmağı qarşıya məqsəd qoymuşdu. Ötən müddətə nəzərən demək olar ki, teatr öz fəaliyyəti ilə bu məqsədə nail olub.
   «Üns» kəlməsi artıq mədəniyyət tariximizdə öz yeri və çəkisi olan ifadələrdəndir. Söz əhlinin bir araya toplaşıb ünsiyyət qurmasının və bu ünsiyyətin keyfiyyətinin cəmiyyətə siyarət etməsinin önəmi və gözəlliyi danılmazdır. Amma «Üns» Yaradıcılıq Səhnəsi yalnız adı ilə cəlbedici deyil.
   Teatrın repertuarının hər bir təqdimatı teatrsevərlər üçün əsl bayrama çevrilir. Maqsud İbrahimbəyovun, Elçinin əsərlərinin antrepriz tamaşaları, Edvard Radzinski, Sergey Yurski ilə görüşlər, «Gelikon-opera»nın quruluşları, Robert Sturuanın, Roman Viktyukun səhnə əsərləri və neçə-neçə digər yaradıcılıq axtarışlarının maraqlı tapıntıları...
   Teatr müəssisəsinin özünə və tamaşaçılarına ən böyük hədiyyəsi dəyərli səhnə əsərləri ilə çıxış etməkdir. «Üns» isə həmişə olduğu kimi bu gün də belə hədiyyələrin hazırlanması ilə məşğuldur. «Mədəniyyət» qəzeti adından «Üns» Yaradıcılıq Səhnəsinin kollektivini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
   
   Samirə Behbudqızı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar