Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi görkəmli yazıçı Mir Cəlal Paşayevin “Ərik ağacı” və “Oğul” hekayələrinin motivləri əsasında səhnələşdirilmiş yeni tamaşa üzərində çalışır.
   
   Mir Cəlal yaradıcılığı üçün xarakterik olan vətənpərvərlik, insana məhəbbət, vicdanlı vətəndaş mövzusunda qələmə alınmış əsərin süjet xəttini müharibə illərində Gəncədə cərəyan etmiş hadisələr təşkil edir. Azərbaycanın teatr tarixində ilk dəfə olaraq tamaşada müharibə səhnələrini əks etdirən kinolentlərdən də istifadə olunacaq.
   Əməkdar artist Loğman Kərimovun hazırladığı “Ərik ağacı” tamaşasında baş rolun ifaçısı Novruz Cəfərovdur.
   Yaradıcı kollektiv yeni səhnə əsərini faşizm üzərində qələbənin 65 illiyinin qeyd olunacağı günlərdə geniş tamaşaçı kütləsinə təqdim etməyi planlaşdırır.