Teatrşünas İlham Rəhimlinin Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlunın yaradıcılığından bəhs edən «Zaman zaman içində» kitabı oxuculara belə təqdim olunur: «Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlununun yaradıcılıq konsepsiyası (dünyası) haqqında məqalələr, resenziyalar, sənətkarın özü ilə dialoqlar, söhbətlər və müəllifin mübahisəli düşüncələrindən ibarət fərdi salnamə».
   Tanınmış rejissorun sənət yoluna onun özü ilə birlikdə sanki bir ekskurs olan nəşr 24 bölmədən ibarətdi. «Tarix tarix içində», «Teatr teatr içində», «Nağıl nağıl içində», «Altmış altmış içində», «Meydan meydan içində», «Adsız» və digər bölmələr ötən əsrin 70-ci illərinin sonundan etibarən teatr sənətinə yeni nəfəs gətirməkdə olan sənətkarın yaradıcılıq tapıntılarının hansı maneələrdən keçdiyini də açıqlayır.
   Bakı Slavyan Universitetinin «Sənət adamları» seriyasından növbəti nəşr olan «Zaman zaman içində» kitabı «Mütərcim» nəşriyyatında çap olunub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar