... «Sonuncu cəhd»...
 
  
   S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski yeni tamaşanın məşqlərinə başlayıb. Mixail Zadornovun «Sonuncu cəhd» pyesi üzrə hazırlanan tamaşada Nataliya Şarovskaya, Fuad Osmanov, Anaida Rostovskaya, Həcər Ağayeva, Murad Məmmədov iştirak edirlər.
   Teatrdan verilən məlumata görə, pyes Bakı səhnəsində 15 il öncə «Ər almaq istəyirəm» adı ilə qoyulmuşdu. Bu dəfə isə dram əsəri orijinal adı altında tamaşaçılara təqdim ediləcək. Premyera mayın 27-nə nəzərdə tutulub. Tamaşanın quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.
   
   ...və «Həddindən artıq evli taksi sürücüsü»
   
   S.Vurğun adına Rus Dram Teatrında beynəlxalq layihə gerçəkləşməkdədir. Moskvanın «Na yuqo-zapadnoy» Teatrının bədii rəhbəri Valeri Belyakoviç Bakı səhnəsində yeni tamaşaya quruluş verir. Rey Kuninin «Həddindən artıq evli taksi sürücüsü» pyesinin premyerası mayın 22-si və 23-də baş tutacaq. Tamaşanın musiqi tərtibatı da Belyakoviçə məxsusdur.
   Tamaşada Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Nataliya Şarovskaya, Ayan Mirqasım, Ramiz Əliyev, Teymur Rəhimov, Əsgər Rəhimov, Aleksey Saprıkin və teatrın digər aktyorları iştirak edirlər.
   V.Belyakoviç Moskvanın, MDB-nin bir sıra teatrları ilə bərabər, ABŞ və Yaponiyada da bir neçə tamaşaya quruluş verib.
   Qeyd edək ki, onun bədii rəhbər olduğu «Na yuqo-zapadnoy» teatrında həmyerlimiz Fərid Tağıyev də çalışır. S.Vurğun adına Rus Dram Teatrının səhnəsində rəngarəng obrazlar yaratmış Fərid 2007-ci ildən həmin teatrın səhnəsində fəaliyyət göstərir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar