Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının qəhrəmanı Əsgər bəy rolunun ifaçısı Fərid Əliyev Yekaterinburqa SSRİ Xalq Artisti V.A.Kuroçkina adına gənc opera və müzikl artistlərinin III Beynəlxalq müsabiqəsində birinci mükafata layiq görülüb. Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik olan Fərid Əliyev 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. Bu müddətdə həm rus, həm də Azərbaycan bölmələrində səhnələşdirilən «Şən dul qadın» (F.Leqar), «Maritsa» (İ.Kalman), «Silva» (İ.Kalman), «Çılğın qaskoniyalı» (Q.Qarayev), «Talelər qovuşanda» (R.Hacıyev, F.Zöhrabov), «Volqalı canan» (R.Mustafayev, C.Məmmədov), «Aldın payını, çağır dayını» (V.Adıgözəlov, Anar), «O olmasın, bu olsun», «Arşın mal alan» (Ü.Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edərək yaddaqalan obrazlar yaradıb. Yekaterinburqda keçirilən mötəbər yarışmada F.Əliyevin birinci mükafata layiq görülməsi təkcə gənc aktyorun deyil, eləcə də Azərbaycan mədəniyyətinin uğuru kimi dəyərləndirilməlidir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar