Qazax Dövlət Dram Teatrı 21-ci mövsümündə növbəti premyeraya hazırlaşır. Yazıçı Hüseynbala Mirələmovun “Xəcalət” əsərini səhnələşdirdiklərini deyən teatrın direktoru Saqif İskəndərovun sözlərinə görə, yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.
   Tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, rəssamı Afiq Məmmədovdur. Əsas rolları isə Hacı Hacıyev, Saqif İskəndərov və Xanım Məmmədova oynayacaqlar. İki hissəli “Xəcalət” tamaşasında Qarabağ müharibəsi nəticəsində öz ev-eşiklərindən didərgin düşərək Bakı şəhərində məskunlaşan qaçqınların sosial həyatından, onların qarşılaşdıqları çətinliklərdən bəhs olunur. Qeyd edək ki, Qazax Dövlət Dram Teatrı 21-ci mövsümündə bu əsərlə 3-cü premyerasını keçirəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar