Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Kainat” Gənclik Mərkəzinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə şənlik keçirilib. İşğal olunmuş rayonlardan olan ailələrin uşaqları üçün təşkil edilmiş tədbirdə “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə uşaqları bayram münasibətilə təbrik etmiş, Azərbaycanın tarixi abidələri, mədəniyyəti, incəsənəti, beynəlxalq təşkilatlarla əlaqələri barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində Dövlət Kukla Teatrının yaradıcı kollektivinin ifasında Əhməd Orucoğlunun “Zınqırovlu pişik” tamaşası nümayiş etdirilib, sonra uşaqlar Dənizkənarı Milli Parkda çay süfrəsinə dəvət olunublar. Burada uşaqlarla viktorinalar, oyunlar keçirilib, onlara hədiyyələr təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar