Dövlət Akademik Milli Dram Teatrı Eduardo de Filipponun “Oğru cənnətdə” pyesi əsasında «Oğru cənnətdə, yaxud Vinçenso de Pretore» tamaşasını hazırlayır. 
   Pyesin qəhrəmanı Vinçenso adlı gənc sevgilisini layiqli həyatla qovuşdurmaq üçün oğurluq edir. Növbəti oğurluq zamanı o, bank işçisini soymağa cəhd göstərərkən öldürülür. Cənnətə düşür. Cənnətdə Vinçenso cəzalandırılmaq üçün müqəddəslərlə üz-üzə dayanır. O, inadla cənnətdə qalmaq haqqını sübut etməyə çalışır... 
   

    Premyerası iyunun 7-də nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu Xatirə Şirəliyeva, bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
   Tamaşada Əməkdar artistlər Cəfər Namiq Kamal, Kazım Abdullayev, Telman Əliyev, Ələsgər Məmmədoğlu, Kazım Həsənquliyev, aktyorlar Vəfa Rzayeva, Anar Heybətov, İradə Həsənova, Məzahir Cəlilov, Rəşad Bəxtiyarov, Elnur Qədirov çıxış edəcəklər.
   Tamaşa «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə hazırlanıb.
   Yeni səhnə əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar