Mingəçevir Dövlət Dram Teatrı “Aktyor Evi”nin səhnəsində “Vida marşı” tamaşasını teatrsevərlərə təqdim edib. Tamaşa Milli Teatr Festivalı çərçivəsində göstərilib. Yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı əsəri əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru İsa Alimov, quruluşçu operatoru Yusif İmamverdiyevdir.
Tamaşada valideyn-övlad münasibətləri, övladların doğma atalarına laqeydliyi ön plana çəkilib. Xəstə atanın qeydinə qalmaq əvəzinə, mirasına sahib çıxmaq üçün onun ölümünü gözləyən tamahkar övladlar tamaşanın finalında ifşa olunurlar.
Tamaşada rolları respublikanın əməkdar artistləri Ella Yaqubova, Akif Mirabov, aktyorlar Ruhəngiz Ağayeva, Asim Məmmədov, Zülfü Məmmədov, Nəsibxan Əliyev və başqaları ifa ediblər. Qeyd edək ki, “Vida marşı” komediyası ilk dəfə 2008-ci ildə nümayiş olunub.