Prezident İlham Əliyev aprelin 2-də görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, 2015-ci ilin avqustunda anadan olmasının 120 ili tamam olan Cəmşid Cəfərqulu oğlu Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verib.
Sərəncamda Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadimin 120 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar