İrəvan Dövlət Dram Teatrı mövsümün sonuncu premyerasını təqdim edib. Yaradıcı heyət Kamal Abdullanın "Unutmağa kimsə yox" əsəri əsasında hazırlanan yeni tamaşanı nümayiş etdirib. Rejissor Gümrah Ömərin quruluş verdiyi səhnə əsəri insan və onun daxili dünyasının təmasından bəhs edir. Xəyali və gerçək aləmin sintezi üzərində qurulmuş "Unutmağa kimsə yox" tamaşasının süjet xətti elmlə məşğul olan gənc aspirantın həyatı haqqındadır.
   Heç kəsə məlum olmayan qədim, gizli yazıları açmağı və oxumağı qarşısına məqsəd qoyan əsərin qəhrəmanı əslində daxili tərəddüdlər və iztirablarla dolu bir insandır. Onun mənəvi aləmi həyat amalı ilə ziddiyyət təşkil edir. Əsər boyu o, bu qüvvələr arasında mübarizə aparır. Tamaşada rolları Əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Elnarə Heydərova, Əjdər Zeynalov, Nurbəniz Niftəliyeva, Ceyhun Əliyev ifa edir. Səhnə əsərinin bədii tərtibatçısı Rəşid Şərifdir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar