Prezident İlham Əliyev aprelin 9-da Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.