İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş sərgi

Aprelin 14-də Azərbaycan İstiqlal Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Savaşdan barışa” adlı fotosərgi nümayiş olunacaq. Sərgidə Çanaqqala zəfərini əks etdirən 60-dan çox fotoşəkil nümayiş olunacaq.
Çanaqqala döyüşü I Dünya müharibəsinin ən böyük döyüşlərindən biri, Osmanlı dövlətinin hərb tarixindəki son zəfəridir. 250 mindən çox türk əsgərinin şəhid olduğu bu döyüşün nəticəsində düşmən donanmaları ağır itkilər verərək geri çəkiliblər. Çanaqqala savaşında azərbaycanlılar da döyüşüb və həlak olublar. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 18 mart Çanaqqala Şəhidlərini Anma Günü elan edilib.