İsveçə səfər etmək istəyən jurnalistlər üçün yazı müsabiqəsi elan olundu

   Milli mətbuatımızın 135 illiyi ilə əlaqədar iyulun 21-də Azərbaycan Media Mərkəzində tədbir keçirildi. Tədbirdə bir çox tanınmış jurnalistlər, ziyalılar, qələm adamları ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mətbuat katibi Keith Bean da iştirak edirdi.
   
   Tədbirdə çıxış edən tanınmış telejurnalist Qulu Məhərrəmli kütləvi informasiya vasitələrinin təmsilçilərinin əlamətdar gün münasibətilə təbrik edərək Mətbuat gününü “jurnalistlərin ünsiyyət günü” kimi qiymətləndirdi.
   Keçən bu illər ərzində mətbuatın inkişaf səviyyəsindən danışan “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, media üzrə ekspert Zeynal Məmmədli və bir çox ziyalılar Azərbaycan jurnalistikasının mövcud vəziyyətindən, nailiyyət və problemlərdən danışdılar.
   Mərasimdə mətbuat və söz azadlığının qorunmasının demokratik inkişafın mühüm şərti olduğunu vurğulayan ABŞ səfirliyinin mətbuat katibi Keith Bean: “Bizim Azərbaycan mətbuatı ilə sıx əməkdaşlığımız var” deyə bildirdi.
   Tədbirin sonunda jurnalistlərə maraqlı məlumat da verildi. Qeyd olundu ki, Azərbaycan Media Mərkəzi bir qrup yerli jurnalistin cari ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı durumu işıqlandırmaq üçün Stohkolma səfərini təşkil edəcək. Səfərdə iştirak edəcək jurnalistlər müsabiqə yolu ilə seçiləcəklər. Səfər çərçivəsində azərbaycanlı jurnalistlər İsveçdən olan millət vəkilləri, jurnalistlərə görüşlər keçirəcək, seçkilərin işıqlandırılması qaydaları barədə təlimlər keçəcəklər.
   
   Eldar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar