Dövlət Pantomima Teatrından verilən məlumata görə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə “Dulusçu” tamaşası oynanılacaq. Xatırladaq ki, “Dulusçu” Üzeyir Hacıbəylinin “Biz nə tövr iş görürük” felyetonu əsasında tamaşaya qoyulub. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Rollarda Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları iştirak edir.
Qeyd edək ki, “Dulusçu” 2002-ci ildə dövlət sifarişilə səhnələşdirilib. Artıq 8 ildir Pantomima Teatrının repertuarında əsas yeri tutur.