Əsaslı təmirdən sonra bu mövsüm istifadəyə verilməsi nəzərdə tutulan Azərbaycan Dövlət Akademik Dövlət Dram Teatrında islahatların aparılması üçün Mədəniyyət və Turizm Nazirliyi nəzdində xüsusi komissiya yaradılıb. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, əsaslı təmirdən sonra bu teatrda köhnə ab-havanın və mühitin davam etməsinə icazə verilməyəcək: “Biz istəməzdik ki, yeni bərpadan çıxmış teatra köhnə ab-hava, mühit daxil olsun. İslahatlardan sonra yeni yaradılacaq teatr kollektivi yeni əsərlər hazırlayacaq. Biz teatr məktəbimizin zəngin nailiyyətləri əsasında artıq yeni bir mərhələyə qədəm qoymağa hazırlaşırıq. Artıq teatrda aparılacaq islahatlarla bağlı nazirlik tərəfindən xüsusi komissiya yaradılıb. Bu komissiya islahatların həyata keçirilməsinə nəzarət edəcək. Yüksək səviyyəli tamaşaların hazırlanması üçün müxtəlif ölkələrdən mütəxəssislər, eyni zamanda yerli rejissorlar teatra cəlb olunacaqlar”.
Ə.Qarayev onu da əlavə edib ki, islahatlar çərçivəsində tətbiq olunacaq yeniliklər Azərbaycanın bütün teatrlarına şamil olunacaq.
Ə.Qarayev onu da əlavə edib ki, islahatlar çərçivəsində tətbiq olunacaq yeniliklər Azərbaycanın bütün teatrlarına şamil olunacaq.