Gəncə Dövlət Kukla Teatrının kollektivi balaca sakinlərin yay istirahətlərini daha mənalı etmək üçün teatrın həyətində quraşdırılmış amfiteatrın səhnəsində bir-birindən maraqlı konsert və şou proqramlar göstərir.
Teatrın direktoru Bayram Fətəliyev bildirib ki, 200 tamaşaçı yeri olan amfiteatr həftənin şənbə və bazar günləri fəaliyyət göstərir. Burada bəzən xüsusi qabiliyyəti olan şəhər sakinləri də çıxış edirlər. Konsertlər sentyabrın birinci ongünlüyünədək davam edəcək.