Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bir neçə kukla mütəxəssisi dəvət edilib. Teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, mütəxəssislər sentyabrdan işə başlayacaqlar. Əvvəllər də bu teatrda işləmiş həmin şəxslər Azərbaycanda kukla sənətinin azsaylı bilicilərindən sayılırlar. Direktor həmçinin bildirib ki, cari ilin oktyabrında Gürcüstan Dövlət Kukla Teatrının rejissorları bizim teatrda yeni tamaşa səhnələşdirəcəklər. Yaxın gələcəkdə hər iki ölkəni təmsil edən kukla teatrları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması da planlaşdırılır.
   
   * * *
   Gəncə Dövlət Kukla Teatrı sentyabrın 15-də növbəti teatr mövsümünün açılışında balaca pərəstişkarlarını yeni tamaşa ilə sevindirəcək.
   Teatrın direktoru Bayram Fətəliyev bildirib ki, kollektiv yeni mövsümü Nizami Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında hazırlanmış tamaşa ilə açacaq. Bundan başqa balaca tamaşaçılar bu mövsümdə “Göyçək Fatma” və gəncəli şairə Aləmzər Əlizadənin uşaqlar üçün yazdığı şeirlər əsasında səhnələşdirilmiş yeni tamaşalara da baxa biləcəklər.  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar