Akademik Milli Dram Teatrının truppası yeni teatr mövsümündə şimal bölgəsinə səfərə yollanıb. Dünən (12 oktyabr) teatrın heyəti Qubada Əli Əmirlinin “Varlı qadın” komediyasını tamaşaçılara təqdim edib. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşada Xalq artisti Firəngiz Mütəllimova, əməkdar artistlərdən Telman Əliyev, Mehriban Xanlarova, Ələsgər Məmmədoğlu və digərləri iştirak ediblər.
   Milli Dram Teatrının yaradıcı heyəti bölgələrə qastrol səfəri çərçivəsində Ağsuda da olub, rayon mədəniyyət sarayında Hüseynbala Mirələmovun “Xəcalət” ikihissəli dram əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı nümayiş etdirib.
   Bəhram Osmanovun quruluşçu rejissoru olduğu tamaşa Qarabağ müharibəsindən bəhs edir. Səhnə əsərində baş rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artist Mətanət Atakişiyeva və başqaları ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar