Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı oktyabrın 22-dən 27-dək Azərbaycanın qərb bölgəsində qastrol səfərində olacaq. Teatrın və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçirilən bu səfərdə teatr tamaşaçılara şair-dramaturq Nəriman Həsənzadənin “Atabəylər” tarixi dramını təqdim edəcək. Tamaşanın quruluşçu rejissorları Azərbaycanın xalq artistləri Mərahim Fərzəlibəyli və Kamran Quliyevdir. Rollarda xalq artistləri Tofiq Mövləvi, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Rza Xudiyev, əməkdar artistlər Elmira Kərimova, Xəlil Hüseynov, Vidadi Rəcəbli, Yusif Allahverdiyev və Naxçıvan MR-in Əməkdar artisti Günay Qurbanova çıxış edəcəklər.
   Teatrın kollektivi Gəncə, Qazax, Gədəbəy və Şəmkir tamaşaçıları qarşısında çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar