Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Reqina Rüstəmova Jorj Bizenin “Karmen” operasında çıxış etmək üçün Bakıya gələcək. Reqina Rüstəmova oktyabrın 24-də Opera və Balet Teatrının səhnəsində əsas partiyanı - Karmen rolunu ifa edəcək.
   Səhnə əsərində R.Rüstəmova ilə yanaşı, Əməkdar artist Həsən Enami (Xose), beynəlxalq müsabiqələr laureatları Əvəz Abdullayev (Eskamilo), Fəridə Məmmədova (Mikaela) və digər artistlər çıxış edəcəklər.
   Tamaşanı Rusiyanın Əməkdar artisti, Dövlət mükafatı laureatı, Sankt-Peterburq dövlət simfonik orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Andrey Anixanov idarə edəcək.
   R.Rüstəmova 2009-cu ildən Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Həmyerlimiz indiyədək bu teatrın səhnəsində Zoluşka (“Zoluşka”), Rozina (“Sevilya bərbəri”), Santutsa (“Kənd namusu”), Karmen (“Karmen”), Qanna (“May gecəsi”), Lyubaşa (“Çar gəlini”) rollarını məharətlə ifa edib. O, teatrın truppası tərkibində Türkiyə, Danimarka, İsveç, Finlandiya, Macarıstan və Hollandiyada solo konsert proqramları ilə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar