Oktyabrın 28-də Dövlət Gənc Tamaşaçılar Teatrının binasında “Gümüş maska” adlı müasir incəsənət sərgisi keçiriləcək. Sərgi Dövlət Gənc Tamaşaçılar Teatrının binasından səmərəli surətdə istifadə edilməsi, teatrın yaradıcı insanların toplaşdığı, müxtəlif tədbirlərin, görüşlərin keçirildiyi mədəni istirahət məkanlarından birinə çevrilməsi, gənc, istedadlı rəssamların yaradıcılığının dəstəklənməsi, təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə keçirilir.
   Sərgidə gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş Məmməd Rəşidovun müasir incəsənət əsərləri (rəngkarlıq, kiçikhəcmli heykəltəraşlıq, installyasiya və s. ) sərgidə nümayiş etdiriləcək.